Azərbaycanlı MMA döyüşçüsü Yaponiyanın Saitama şəhərində "Rizin 20” turnirinin qalibi olan Tofiq Musayev vətənə qayıdıb.
Azərbaycanlı döyüşçü Qran-Pri turnirinin finalında braziliyalı "Pitbull” ləqəbli Patriki Freyreni məğlub edib. İkinci raundda rəqibini rinqdən kənara atan Tofiq xal hesabına qalib gəlib.
Bununla da Musayev "Rizin” turnirinin yüngül çəkidə dünya çempionu olub.
Eurasia Diary çempionumuzun aeroportda qarşılanmasını lentə alıb.
Həmin görüntüləri təqdim edirik: