Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib | Eurasia Diary - ednews.net

25 Fevral, Çərşənbə axşamı


Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

İdman A- A A+

Azərbaycanın qadın güləşçisi Elis Manolova İtaliyada keçirilən Avropa çempionatında finala yüksəlib.

Eurasia Diary  Güləş Federasiyasına istinadən bildirir ki, 65 kq-da mübarizə aparan idmançı yarımfinal mərhələsində rusiyalı Mariya Kuznetsovaya 7:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

Onun finaldakı rəqibi Mimi Nikolova Xristova (Bolqarıstan) olacaq.

Tatyana Omelçenko isə finala çıxmaq şansından yararlana bilməyib. Ukrayna təmsilçisi Yuliya Tkaça uduzan güləşçi sabah bürünc medal uğrunda Belarus idmançısı Veranika İvanova ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan güləşçisi Tatyana Varansova (53 kq) və Alyona Kolesnikin (57) uduzduqları rəqiblər finala çıxdıqlarından onlar bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıblar.

Qeyd edək ki, medal görüşləri sabah keçiriləcək.(virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...