Azərbaycan millisinin təklifini qəbul etmədi | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


Azərbaycan millisinin təklifini qəbul etmədi

İdman A- A A+

Azərbaycan millisinin baş məşqçisi postuna daha bir namizədin adı siyahıdan çıxarılıb.

Eurasia Diary Apasport.az-a istinadən bildirir ki, AFFA-nın Türkiyə yığmasının sabiq çalışdırıcısı Abdullah Avcı ilə apardığı danışıqlar mənfi nəticələnib.

57 yaşlı mütəxəssisin assosiasiyanın təklifini rədd etməsinə səbəb kimi Super Liqada böyük klublardan birində çalışmaq istəyi göstərilib.

Son klubu “Beşiktaş” olan Avcı hazırda “Fənərbaxça”nın baş məşqçisi olmağa ən real namizəd göstərilir. Super Liqanın XXIII turunda “Qalatasaray”a öz meydanında 1:3 hesabı ilə məğlub olan Fənərbaxça  Ərsun Yanalın istefaya göndərilməsi və onu Avcının əvəzləməsi müzakirə mövzusudur. Abdullah Avcının da məhz bu üzdən yığmamızı çalışdırmaq təklifini qəbul etmədiyi vurğulanıb.

Qonşu ölkənin “Hürriyet” nəşri Avcının “Fənərbaxça”ya, Ərsun Yanalın isə Azərbaycan yığmasına keçmək variantını da istisna etməyib.

Qeyd edək ki, millimizə digər əsas namizədlər italiyalılar – Covanni De Byazi və Çezare Prandelli göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...