UEFA yeni Çempionlar Liqası yaradır | Eurasia Diary - ednews.net

9 May,


UEFA yeni Çempionlar Liqası yaradır

İdman A- A A+

UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti klublar arasında yeni böyük turnirin yaradılması istiqamətində danışıqlar aparır. 

"EDNews"   Daily Mai-ə istinadən verdiyi məlumata görə, 2013-cü ildən keçirilən Beynəlxalq Çempionlar Kubokunun əsasında 2021-ci ilin yayından Yay Çempionlar Liqasının təşkili gündəmdədir. Avropa futbol qurumunun rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri vermək istəyir. Təsnifat, qrup və "pley-off" mərhələlərinin keçirilməsi planlaşdırılır. 

Yeni layihənin İngiltərə Premyer Liqasındakı bir sıra klublara təklif olunduğu və "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem"in razılıq verdikləri bildirilir. Bu klublar yarışda iştirak qarşılığında istədikləri məbləği də təşkilatçıların diqqətinə çatdırıblar. 

Qeyd edək ki, "Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır. 

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...