Ardıcıl 3-cü Super Liqa çempionluğunu hədəfləyən “Qalatasaray” gələn mövsümün heyətini formalaşdırmağa başlayıb.
"EDNews"-un məlumatına görə, İstanbul təmsilçisi artıq iki futbolçu ilə razılaşma əldə edib.
Cari mövsüm çempionluq yolunda əsas rəqiblərdən biri olan “Sivasspor”un yarımmüdafiəçiləri Əmrə Kılınç və Mərt Hakan Yandaş “cim-bom”la ilkin müqavilə imzalayıblar. Həm Əmrə, həm də Mərt mövsümün sonunda yeni komandası ilə 4 illik sözləşməyə qol çəkəcək. Razılığa əsasən, Mərtin illik məvacibi 1,8 milyon, Əmrənin maaşı isə 1 milyon 250 min avro təşkil edəcək.