UEFA-dan italiyalı hakimlərə qadağa | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


UEFA-dan italiyalı hakimlərə qadağa

İdman A- A A+

İtaliyalı hakimlər Çempionlar Liqası və Avropa Liqasının qarşıdakı oyunlarına təyinat almayacaqlar.

"EDNews" xəbər verir ki, UEFA italyanlara avrokuboklarda matç həvalə etməmək qərarına gəlib.

Qərar koronavirus infeksiyasının həmin ölkədə sürətlə yayılması ilə əlaqədar olaraq verilib. Ötən həftə İtaliyanın 3 referisi - Daniele Orsato ("Real" - "Mançester Siti"), Marko Quida ("Espanyol" - "Vulverhempton") və Davide Massa ("Arsenal" - "Olimpiakos") avrokuboklarda oyun idarə edib.

Qeyd edək ki, İtaliyada artıq 4000-ə yaxın insan koronavirusa yoluxub, onlardan 148 nəfəri ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...