Ronaldinyo həbs olundu | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Ronaldinyo həbs olundu

İdman A- A A+

Braziliyalı sabiq futbolçu Ronaldinyo qardaşı Roberto ilə birlikdə Paraqvayda həbs olunub.

"EDNews"un "Trend"ə istinadən məlumatına görə, ötən gün Baş Prokurorluq futbolçunun həbsi üçün order verib.

Bu gün Ronaldinyonun məhkəmə qarşısına çıxarılacağı deyilir. Hakim istintaq müddətində futbolçunun həbsdə qalıb-qalmaması barədə qərar verəcək.

Qeyd edək ki, martın 4-də Paraqvayda Ronaldinyo və Robertonun yerləşdikləri hotel nömrəsində keçirilən axtarış zamanı futbolçunun və qardaşının adına saxta pasportlar aşkar edilib.

Bildirilir ki, 2018-ci ildə Ronaldinyo vergilərin ödənilməməsi səbəbindən xarici pasportdan məhrum edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...