İtaliya hökuməti mayın 4-dən etibarən ölkədə futbol məşqlərinə icazə verib.
EDNews.net xəbər verir ki, ilkin qərarda komandalar və idmanın müxtəlif növləri arasında fərq olsa da, bu gündən etibarən bir sıra bölgələrdə təlim-məşqlərə başlandığı təsdiqlənib. Buna görə hökumət ölkənin bütün regionlarında təlimlərə icazə verib. Lakin qərarda qeyd olunub ki, bütün məşqlər təlim meydançalarında aparılmalıdır.
İtaliyanın Baş naziri Cüzeppe Konte ölkə çempionatının - A seriyasının 2019-2020-ci il mövsümünün davam etdirilib-etdirilməməsi barədə yekun qərarı mayın 7-də açıqlayacaq. Ölkə çempionatında çıxış edən 20 klub mövsümün başa çatdırılmasını istədiklərini bildiriblər.