Dünya çempionatının vaxtı açıqlandı | Eurasia Diary - ednews.net

1 Dekabr, Çərşənbə axşamı


Dünya çempionatının vaxtı açıqlandı

İdman A- A A+

2023-cü ildə keçiriləcək kişilər arasında basketbol üzrə dünya çempionatının dəqiq tarixi açıqlanıb. 

EDNews.net  Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, mundial avqustun 25-dən sentyabrın 10-dək keçiriləcək. 

FIBA ev sahibi ölkələrlə məsləhətləşəndən sonra turnirin vaxtı ilə bağlı qərar verib. 

Qeyd edək ki, dünya çempionatında qrup mərhələsinin oyunları İndoneziya, Yaponiya və Filippində, final mərhələsi ilə Fillipinin paytaxtı Manilada baş tutacaq. 2019-cu ildə Çində keçirilən yarışın finalında İspaniya Argentinanı məğlub edərək (95:75) qalib olub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...