FIFA futzal üzrə dünya çempionatını təxirə salıb | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


FIFA futzal üzrə dünya çempionatını təxirə salıb

İdman A- A A+
FIFA futzal üzrə dünya çempionatının təxirə salınmasına dair qərar qəbul edib. Mundial nəzərdə tutulduğu kimi, Litvada olacaq.
 
Lakin bu il keçirilməsi planlaşdırılan yarış 2021-ci il sentyabrın 12-dən oktyabrın 3-dək baş tutacaq.
 
EDNews.net  ali futbol qurumunun saytına istinadla xəbər verir ki, FIFA qadınlar arasında U-20 dünya çempionatını da 2021-ci ilə təxirə salıb. Kosta-Rikada və Panamada təşkil olunacaq mündial yanvarın 20-dən fevralın 6-dək keçiriləcək.
 
U-17 qızlar arasında Hindistanda keçirilməsi planlaşdırılan dünya çempionatı isə həmin il fevralın 17-dən martın 7-dək təşkil olunacaq.
 
Hər iki yarışda yaş məhdudiyyəti dəyişdirilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...