Daha bir futbolçu koronavirusa yoluxdu | Eurasia Diary - ednews.net

30 May, Şənbə


Daha bir futbolçu koronavirusa yoluxdu

İdman A- A A+

Rusiyanın "Rubin" klubunun futbolçusu Konstantin Pliyev koronavirusa yoluxub. 

EDNews.net  Kazan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib.

Rusiyalı oyunçu hazırda özünü yaxşı hiss edir və Vladiqafqazda həkimlərin nəzarəti altındadır. O "Rubin"in digər futbolçuları ilə ünsiyyətdə olmayıb. 

Qeyd edək ki, daha öncə "Lokomotiv"in futbolçusu Cefferson Farfanda koronavirus aşkarlanıb. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...