“San-Siro” stadionu sökülə bilər | Eurasia Diary - ednews.net

27 Noyabr, Cümə


“San-Siro” stadionu sökülə bilər

İdman A- A A+

İtaliyanın mədəni irslərə nəzarət şurasının komissiyası “San-Siro” (Cüzeppe Meatsa) stadionu ilə bağlı qərarını açıqlayıb.

EDNews.net-in məlumatına görə, Milan şəhərindəki idman qurğusu şəhərin tarixi mədəni əmlakı statusu almayıb.

Komissiya bunu onunla izah edib ki, DÇ-1990 üçün aparılan yenidənqurma işlərindən sonra 1925-ci ildə inşa olunan stadionun tarixi arxitekturasının çox cüzi hissəsi saxlanılıb. Qurumun fikrincə, arena daim yenidənqurma işləri ilə təzələnirsə mədəni irs obyekti sayıla bilməz.

Bu isə o deməkdir ki, “Milan” və “İnter” klublarının ev oyunlarını keçirdiyi “San-Siro” stadionu yeni arenanın tikintisi üçün sökülə bilər. Hərçənd şəhər rəhbərliyi köhnə idman qurğusunu da saxlamaq niyyətində idi.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...