"Real Madrid" yay transferlərindən məhrum ola bilər | Eurasia Diary - ednews.net

31 Oktyabr, Şənbə


"Real Madrid" yay transferlərindən məhrum ola bilər

İdman A- A A+

İspaniyanın "Real Madrid" futbol klubu koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar yay transferindən məhrum ola bilər.

EDNews.net   "Marca"ya istinadən xəbər verir ki, pandemiyaya görə yaranmış böhran komandada ciddi əks oluna bilər. Klubun maliyyə çətinlikləri ilə əlaqədar yay transfer pəncərəsində heç bir futbolçunu almayacağı istisna olunmur.

Transferlər yalnız klubun böyük sayda oyunçularını sata biləcəyi halda gerçəkləşə bilər. Ancaq bu variant ağlasığmazdır. Çünki bir çox klub indi oyunçulara pul xərcləməyə hazır deyil.

"Real Madrid" La Liqada 27 turundan sonra 56 xalla ikinci yer tutur. Komanda lider "Barselona"dan 2 xal geri qalır.

Hazırda İspaniya çempionatında mövsüm koronavirus pandemiyasına görə dayandırılıb.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...