Şahmat millimiz Olimpiadada liderdir - FOTO | Eurasia Diary - ednews.net

25 Oktyabr,


Şahmat millimiz Olimpiadada liderdir - FOTO

İdman A- A A+

Onlayn Şahmat Olimpiadasında millimiz yer aldığı B qrupunda turnir cədvəlinə başçılıq edir.

EDNews.net xəbərinə görə, dünən Niderlanda 3,5:2,5, Macarıstana 5:1 və CAR-a 5,5:0,5 hesablarına qələbə qazanan komandamız altı xal toplayıb.

Üç turun nəticəsinə əsasən maksimum xal toplayan yeganə komanda yığmamız olub. Hazırda millimizi turnir cədvəlində beş xalla Ukrayna izləyir.

 

Yığmamız bu gün daha üç turun görüşlərini keçirəcək. Komandamız Ukrayna, Slovakiya və Qazaxıstan yığmaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanır.(oxu.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...