FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırılıb | Eurasia Diary - ednews.net

15 Yanvar, Cümə


FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırılıb

İdman A- A A+

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd Əhməd futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Etika Komitəsi 60 yaşlı futbol funksionerinin vəzifəsindən sui-istifadə etdiyini və vəsait mənimsədiyini sübuta yetirib. Əhməd beş il müddətinə milli və beynəlxalq səviyyədə futbol fəaliyyətindən kənar qalacaq. Bundan əlavə, o, 200 min İsveçrə frankı cərimə ödəməli olacaq.

CAF prezidentinin bir neçə məsələlərlə əlaqədar istintaqı davam edir.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...