"Özümü xoşbəxt hiss etmirəm" - Dostuna qalib gələn Teymur Rəcəbov | Eurasia Diary - ednews.net

18 Aprel,


"Özümü xoşbəxt hiss etmirəm" - Dostuna qalib gələn Teymur Rəcəbov

İdman A- A A+

"Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm".

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu fikiləri Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı qrossmeyster bunun qələbə kimi hiss olunmadığını vurğulayıb: "Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil".

Qeyd edək ki, Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...