Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Eurasia Diary-nin məlumatına görə, badmintonçu Edi Reski Dviçayo bu idman növündə Olimpiadalar tarixindəki ilk təmsilçimiz olub.
L qrupunda mübarizə aparan idmançımızın debütü II turda gerçəkləşib. Milliləşən legionerimiz vyetnamlı Tien Minh Nguyen ilə görüşüb. Asiyalı rəqibindən daha üstün çıxış edən Edi iki setdə qələbə qazanıb.
Qeyd edək ki, idmançımız sabah keçiriləcək son turda Anders Antonsenlə (Danimarka) üz-üzə gələcək.
27 iyul
Badminton, kişilər
L qrupu, II tur
15:00. Edi Reski Dviçayo (Azərbaycan) - Tien Minh Nguyen (Vyetnam) – 2:0 (21:14, 21:18)