Ronaldu danışdı - Messi "Qızıl top"-a layiq deyil - ednews.net

28 Yanvar, Cümə

Ronaldu danışdı - Messi "Qızıl top"-a layiq deyil

İdman A- A A+

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Qızıl top" mükafatının Fransa PSJ-sinin hücumçusu Lionel Messiyə verilməsini ədalətsiz sayır.

EDNews.net-in məlumatına görə, portuqaliyalı forvard bunu öz fanatlarından birinin şərhinə münasibət bildirməklə təsdiqləyib.

36 yaşlı oyunçu sosial şəbəkə izləyicisinin Messinin "France Football" nəşrinin təsis etdiyi mükafata layiq olmadığı ilə bağlı paylaşımına "Fakt" şərhini yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Qızıl top"un səsverməsində 6-cı yeri tutub. O, mükafatın təqdimetmə mərasiminə qatılmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...