Serbiyanın paytaxtı Belqradda fevralın 28-də start götürəcək şahmat üzrə FIDE Qran-prisinin II mərhələsinin püşkü atılıb.
Ednews xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov reytinq favoritlərindən biri kimi D qrupuna düşüb.
Hazırda 2767 xala malik 37 yaşlı qrossmeyster qrupun 1-ci pilləsində yer alıb. Onun rəqibləri fransalı Maksim Vaşye-Laqrav (2761), çinli Yu Yanqyi (2713) və rusiyalı Aleksandr Predke olacaq.