UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Marsel"-"Qarabağ" matçında ermənilər daha bir təxribat törədiblər.
Ednews xəbər verir ki, stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli plakat açılıb. Bu plakat stadionun təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra yığışdırılıb.
Qeyd edək ki, bundan əvvəl stadionda olan həmin qrup azarkeşlər tərəfindən Ermənistan bayraqları açılıb və müxtəlif şüarlar səsləndirilib.