Abramoviçin "Çelsi"yə 36 milyon avroya qədər sərmayə yatırması ehtimalı var.
Ednews Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumat “Sky News” nəşrində yer alıb.
Məlumata görə Böyük Britaniya hökuməti Londonun "Çelsi" klubunun maliyyə lisenziyasında dəyişiklik edib. Belə ki, Roman Abramoviçə məxsus “Fordstam Ltd” futbol klubunun təsisçisi likvidlik problemi fonunda fəaliyyətini dəstəkləmək üçün “Çelsi”yə 30 milyon funt-sterlinqə qədər sərmayə yatıra bilər.
Qeyd edək ki, martın 10-da Böyük Britaniya hakimiyyəti Abramoviç də daxil olmaqla 7 rusiyalı iş adamına qarşı sanksiyalar tətbiq edib. Belə ki, məhdudiyyətlərə məruz qalanların Böyük Britaniyaya girişi qadağan edilib.
İngiltərə Premyer Liqası Abramoviçi 2003-cü ildən sahibi olduğu "Çelsi"nin rəhbərliyindən uzaqlaşdırıb. Bunun nəticəsi olaraq sahibkar futbol klubunun idarəçiliyini xeyriyyə fondunun qəyyumlarına təhvil verib və onu satmaq qərarına gəldiyini açıqlayıb.
Ülviyyə Fərhad