FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.
Ednews xəbər verir ki, 2022-ci ilin ikinci dəfə açıqlanan cədvəlində bir çox dəyişikliklər baş verib.
Buna DÇ-2022-nin müxtəlif konfederasiyalar üzrə seçmə oyunları, həmçinin çoxsaylı yoxlama görüşləri səbəb olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib.
Hesabat dövründə Malta və Latviyaya yoldaşlıq görüşündə məğlub olan Canni de Byazinin yetirmələri növbəti dəfə geriləyib. Budəfəki eniş 8 pilləlik olub. Əmsalı 1127-yə qədər azalan komandamız dünyanın 129-cu komandasıdır.