AFFA-nın keçirdiyi Həvəskar Liqasının “Bayil Rovers” – “Çinar” (Zəngilan) oyununda kütləvi dava baş verib.
Ednews xəbər verir ki, toqquşma 76-cı dəqiqədə yaşanıb.
Bununla əlaqədar İntizam Komitəsi cəzalar tətbiq edib.
Kütləvi davada iştirak etdiyinə görə “Bayil Rovers” komandasının 10 nömrəli futbolçusu Qismət Əhmədov, “Çinar” komandasının 1 nömrəli futbolçusu Rəhman Veysəlov və 5 nömrəli futbolçusu Bilal Rəhimov birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıı üçün 6 oyun cəzalanır.