Azərbaycan bədii gimnastları Polşanın paytaxtı Varşavada keçirilmiş beynəlxalq "XIV Inna Cup" turnirində iki medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, Çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub.
İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.