Azərbaycan millisinin futbolçusu "Sumqayıt" klubu ilə vidalaşdı - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Azərbaycan millisinin futbolçusu "Sumqayıt" klubu ilə vidalaşdı

İdman A- A A+
Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimov "Sumqayıt" klubu ilə yollarını ayırıb.
 
Ednews xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında yazıb.
 
Mütəllimov 2 ildən sonra "gənclik şəhəri" təmsilçisi ilə vidalaşmağın onun üçün çətin olduğunu bildirib: "Burada yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, yollarımız yenidən kəsişəcək".
 
Qeyd edək ki, Tellur Mütəllimov 2020-ci ildən "Sumqayıt"da çıxış edib. O, cəzalı olduğu üçün Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı matçlarında iştirak edə bilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...