“Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunu qazandı - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunu qazandı

İdman A- A A+

Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Ednews-ın məlumatına görə, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma Ağdam komandasının qələbəsilə başa çatıb.

Belə ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt təyin olunub. Burada da hesab dəyişməyib, qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn "Qarabağ" kubokun sahibi olub. Bununla da Ağdam təmsilçisi "Qızıl dubl"a imza atıb.

Beləliklə, "Qarabağ" klubu 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşdirib. Komandanın baş məşqçi Qurban Qurbanov isə mükafatı ən çox qazanan (5 dəfə) baş məşqçi adına yiyələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...