"Qarabağ" legionerini yenidən icarəyə verir - ednews.net

10 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

"Qarabağ" legionerini yenidən icarəyə verir

İdman A- A A+

"Qarabağ" futbolçusu Qaspar Panaderonu yenidən icarəyə verəcək.

Ednews-un məlumatına görə, "köhlən atlar" ispaniyalı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.

Baş məşqçi Qurban Qurbanovun qərarına əsasən, təlim-məşq toplanışı üçün Avstriyaya aparılmayan 25 yaşlı oyunçu hazırda Bakıda fərdi məşq edir.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirən Qaspar Panaderonun "Qarabağ"la 2024-cü ilin yayınadək müqaviləsi var. Ağdam təmsilçisinə 2021-ci ilin yayında transfer olunmuş yarımmüdafiəçi bu komanda ilə ötən mövsüm cəmi 4 oyunda meydana çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...