Avropa birinciliyi: Cüdoçularımız komanda yarışlarında mübarizə aparır - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Avropa birinciliyi: Cüdoçularımız komanda yarışlarında mübarizə aparır

İdman A- A A+

Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları start götürüb.

Ednews xəbər verir ki, 14 ölkədən 157 idmançının qatıldığı komanda yarışında əsas heyətdə Azərbaycanın 3 qız və 3 oğlan cüdoçusu Aydan Vəliyeva, (48 kq), Fidan Əlizadə (63 kq), Nigar Süleymanova (+70 kq), Nizami İmranov (60 kq), Camal Baxışov (81 kq), Ramazan Əhmədov (+90 kq) yer alıb. Ehtiyat siyahıda isə 2 qız və 2 oğlan cüdoçumuz Xumar Qasımzadə (48 kq), Vüsalə Hacıyeva (63 kq), Şahin Oruczadə (60 kq), Əli Hacızadə (81 kq) var.

Baş məşqçi Rüstəm Alimli, məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə yeniyetmə oğlanların, məşqçi Elnur İsmayılov isə qızların komandasına rəhbərlik edir.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub.

Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...