Tanınmış baş məşqçi Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdıb - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Tanınmış baş məşqçi Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdıb

İdman A- A A+
Əfsanəvi baş məşqçi Aleks Ferqyuson “Mançester Yunayted”ə qayıdıb.
 
Ednews “Daily Mail”ə istinadən xəbər verir ki, mütəxəssis klubun icraçı direktoru Riçard Arnolda kömək edəcək yeni analitik ekspertlər qrupuna qoşulub. Qrupa həmçinin klubun keçmiş icraçı direktoru Devid Qill, “Mançester Yunayted”in keçmiş kapitanı Brayan Robson və klubun idman direktoru Con Merto da daxildir.
 
Qeyd edilir ki, Ferqyusson, demək olar, on il əvvəl komandanın baş məşqçisi vəzifəsindən getdikdən sonra indi həmişəkindən daha çox təsirə malik olacaq.
 
Şotlandiyalı 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. O, Britaniya futbol tarixinin ən titullu məşqçisidir. Klubda işlədiyi müddətdə komanda rekord sayda titul, o cümlədən İngiltərə Premyer Liqasında 13 qələbə və Çempionlar Liqasında 2 qələbə qazanıb.
 
İndi kluba Erik ten Haq rəhbərlik edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...