Şahmat Olimpiadası: Azərbaycan yığmaları növbəti görüşlərini keçirəcək - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Şahmat Olimpiadası: Azərbaycan yığmaları növbəti görüşlərini keçirəcək

İdman A- A A+

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçirəcək.

Ednews xəbər verir ki, IX turda kişi şahmatçılar Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Kişilər

Hindistan-2 - Azərbaycan

Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov

Nixal Sarin - Rauf Məmmədov

Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli

Raunak Sadvani - Nicat Abbasov

Qadınlar

Azərbaycan - Monqolustan

Günay Məmmədzadə - Enhtul Altan-Ulzi

Xanım Balacayeva - Bayarjarqal Bayarmaa

Gövhər Beydullayeva - Turmunk Munheul

Gülnar Məmmədova - Bat-Erdene Munquneul

Qeyd edək ki, hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...