Azərbaycan millisinin toplanışı və oyunları ləğv olundu - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan millisinin toplanışı və oyunları ləğv olundu

İdman A- A A+
Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı və yoxlama oyunları ləğv olunub. 
 
Ednews Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, buna səbəb Türkmənistan millisinin Bakıya səfərinin təxirə salınmasıdır. 
 
Türkmənistan yığma komandası avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi.
 
Amma sənədləşmə prosesini vaxtında etmədiyinə və Azərbaycana giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb.
 
Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı ləğv olunub. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...