Azərbaycan güləşçisi dünya çempionu olub - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan güləşçisi dünya çempionu olub

İdman A- A A+

Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Ednews-un məlumatına görə, 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayev olacaq.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...