Azərbaycanın kişi cüdo millisi İslamiadada finala çıxdı - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanın kişi cüdo millisi İslamiadada finala çıxdı

İdman A- A A+
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb.
 
Ednews xəbər verir ki, kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək finala çıxıb. Kişi millisi finalda meydan sahibi Türkiyə ilə qarşılaşacaq.
 
Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub.
 
Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə isə Seneqala 3:1 qalib gəlib.
 
Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...