Azərbaycan şahmatçısı Günay Məmmədzadə qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Ednews xəbər verir ki, tımsilçimiz Çexiyanın paytaxtı Praqada keçirilən yarışın IX turunda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.
Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.