Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida döyüş gecəsindən əvvəl mətbuat konfransı təşkil olunub.
Ednews xəbər verir ki, Səmədov əvvəlcə braziliyalı rəqibi Antonio Silva haqda sualı cavablanıdırb: "Rəqibin hansı güclü tərəfi olduğunu açıqlamaq düzgün deyil. Sirr saxlayırıq. Zəif və güclü tərəflərini bilirik. Hər şeyi rinqdə göstərəcəyik".
Təcrübəli idmançı karyerasını bitirdikdən sonra film sektorunda çalışacağını deyib: "Artıq 38 yaşım var. Film sektorunda davam etmək fikrim var. Bir möhtəşəm layihəmiz olacaq, vətən mövzusunda filmdir. Döyüşdən sonra açıqlayacağam.
Z.Səmədov onu da bildirib ki, məğlub olsa, bu, onun son döyüşü olmaya bilər: "Bu döyüşdə mütləq qələbə qazanmalıyam. Əgər uduzsam, revanş olacaq. Mən 3-4 il əvvəl Silvaya döyüş təklif etmişdim. Həmin vaxt alınmamışdı. O, simpatiyam olan idmançıdır".
Qeyd edək ki, Zabit Səmədov sabiq UFC döyüşçüsü olan Antonio Silva ilə vida döyüşü sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.