Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

İdman 15:11 21.09.2022

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

Ednews xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, AŞF-nin prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Türkiyə Şahmat Federasiyasının prezidenti Gulkız Tülay, digər rəsmi şəxslər və şahmatçılar iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca isə turnirin tanıtım videosu böyük monitorda nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan A.Əliyev qonaqları salamlayaraq, bildirib ki, bu, velosiped yarışından sonra Şuşada keçirilən ikinci beynəlxalq turnirdir. MOK rəsmisi turnirin FIDE-nin təqviminə daxil ediləcəyinə və ənənəvi olacağına inandığını vurğulayıb.

M.Məmmədov dünyaca məşhur şahmatçıları Şuşada qəbul etməkdən məmnunluğunu ifadə edib. 2022-ci ilin "Şuşa ili" elan olunduğunu xatırladan federasiya prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə 30 illik həsrətə son qoyduğu üçün minnətdarlığını bildirib. O, sonda iştirakçılara dəvəti qəbul etdikləri üçün təşəkkür edib və onlara uğurlar arzulayıb. M.Məmmədov turnirin yüksək səviyyədə təşkilinə görə sponsorlara və tərəfdaşlara "çox sağ ol" deyib.

X.Məmmədov öz çıxışında bildirib ki, neft sahəsində bir neçə il öncə imzalanmış beynəlxalq müqavilələr Azərbaycan idmanının inkişafına öz töhfəsini verib. Turnirin yüksək səviyyədə təşkil olduğunu qeyd edən SOCAR-ın vitse-prezidenti iştirakçılara uğurlar diləyib.

Ç.Abdullayev uşaqlıq illərinin Şuşa dağlarında keçdiyini söyləyib. Xalq yazıçısı Şuşa uğrunda gedən döyüşlərdə öz qohumlarının da şəhid olduğunu bildirib. O, Azərbaycan xalqının bundan sonra Qarabağda əbədi yaşayacağını, bu cür turnirlər keçirəcəyini və xarici qonaqları qəbul edəcəyini qeyd edib. Ç.Abdullayev əcnəbi qonaqların Şuşanı gördükdən sonra buraya yenidən gəlməyə can atacaqlarını vurğulayıb.

Daha sonra M.Məmmədov şahmatın inkişafında göstərdiyi xidmətlərə görə Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru Babaşah Gəncəliyevə xüsusi mükafat təqdim edib.

Ardınca səhnədə aktyorların iştirakı ilə Fransa yazıçısı Aleksandr Dümanın XIX əsrin sonlarında Şuşaya səfəri zamanı Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanla şahmat oynaması canlandırılıb.

Sonda A.Əliyev rəssam Çingiz Abbasovun “Shusha Chess 2022” turniri üçün xüsusi hazırladığı Xurşidbanu Natəvanın portretini Şuşa şəhərinə hədiyyə edib.

Qeyd edək ki, Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan beynəlxalq şahmat turniri iki kateqoriyada – kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.

Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri – üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FIDE dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edəcək.

Qadınların yarışında milli komandanın üzvləri – Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Yolanta Zavadska (Polşa), yeniyetmələr arasında dünya çempionu Meri Arabidze (Gürcüstan) vəTürkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaq.

“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin baş sponsoru SOCAR, sponsoru Azərbaycan Beynəlxalq Bankı, tərəfdaşlarından biri isə “Azərxalça” ASC-dir. Yarışa sentyabrın 24-də yekun vurulacaq./report/

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
Hamısı