Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

İdman A- A A+
Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisi şəhərində “wtt youth contender Tbilisi ” turnirində bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına layiq görülüb.
 
Ednews xəbər verir ki, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərinə qalib gəlib.
 
15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı həlledici görüşə çıxacaq.
 
Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...