Rusiya Premyer Liqası təmsilçisi “Ximki” yeni idman direktorunun adını açıqlayıb.
Ednews klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə azərbaycanlı Anar Azər oğlu Məmmədov təyin olunub.
O, 2022-ci ilin yanvar ayından klubun seleksiya şöbəsinin müdir müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, “Ximki” Rusiya Premyer Liqasında keçirdiyi 10 oyunda 8 xal toplayıb və turnir cədvəlində 13-cü yerdədir.