"Başakşehir"in yarımmüdafiəçisi Mesut Özil belindən əməliyyat olunub.
Ednews xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
Futbolçu cərrahi müdaxilənin uğurlu keçdiyini bildirib:
“Əməliyyat yaxşı keçdi. Mesajlara və dualara görə hər kəsə bir daha təşəkkür edirəm".
Qeyd edək ki, bundan əvvəl İstanbul klubunun prezidenti Göksel Gümüşdağ 33 yaşlı yarımmüdafiəçinin ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağını bildirmişdi.