Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

İdman A- A A+
Bakıda Azərbaycan və Polşa yığmaları arasında keçiriləcək futzal üzrə dünya çempionatının seçmə oyununun təyinatları bəlli olub.
 
Ednews xəbər verir ki, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim Aslan Qalayevə Talqat Kosmuxambetov və Turexam Tursumbayev köməklik göstərəcək. Hakim-inspektor isə almaniyalı Eichler Sven olacaq.
 
II turda səfərdə Yunanıstanla görüşü isə isveçli Ademir Avdiç idarə edəcək. Ona David Qlavonjiç və George Jansizian yardımçı olacaq. Sloveniyalı Vilvo Borosak hakim-inspektor funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...