“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlandı - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlandı

İdman A- A A+
Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
 
Ednews xəbər verir ki, Azərbaycan çempionu sabah Yunanıstana yollanacaq.
 
Komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
 
Sabah Bakı vaxtı ilə saat 18:30-da ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 23:00-da isə matçın keçiriləcəyi “Georgios Karaiskakis” stadionunda komandanın məşqi reallaşacaq.
 
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...