"Ştutqart" baş məşqçisi Pelleqrino Matarazzonu isteaya göndərib.
Ednews xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Yeni baş məşqçi ilə bağlı hələlik qərar verilmədiyi bildirilib.
Qeyd edək ki, P.Matarazzo 2019-ci ilin dekabrından Bundesliqa təmsilçisini çalışdırırdı.
Onun rəhbərliyi altında komanda bu mövsüm ölkə çempionatında 9 oyundan 5 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.