Ednews xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimində deyib.
"Bu tədbirdə iştirak etmək çox xoşdur. Komandamız Avropa çempionu olanda izləmişdik və çox sevinmişdik. Orxan müəllimə təşəkkür etmək istəyirəm ki, belə bir layihə yaradıb. Qeyri-peşəkar desək də, çox sevilən bir növdür. Bu qədər sevgi olanda nəticə də olur.
Ölkə başçısı tərəfindən qəbul olunmaq, uğurların izlənilməsi göstərir ki, bu idman növünə böyük sevgi var. Çalışacam ki, çempionatın oyunlarında iştirak edim. Burada keçmiş oyunçularımı gördüm - Vaqifi, Ruslanı onlarla görüşməyə şad oldum".