Futbol üzrə dünya çempinatında bu gün qrup mərhələsində ikinci tura start verilir. Saat 14-də başlayacaq ilk oyunda B qrupunun komandaları üz-üzə gələcək. Söhbət Uels-İran oyunundan gedir.
Ednews xəbər verir ki, saat 17-də A qrupunun Qətər-Seneqal görüşü baş tutacaq.
A qrupunun ikinci oyunu Niderland millisi ilə Ekvador arasında olacaq. Bu oyun Bakı vaxtı ilə saat 20-də start götürəcək.
Günün sonuncu görüşü A qrupunun iki iddialısı İngiltərə və ABŞ yığmaları arasında keçiriləcək.