Braziliya millisinin əfsanəvi hücumçusu Pele yenidən xəstəxanaya yerləşdirilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, futbol üzrə üçqat dünya çempionunda çoxsaylı ödem aşkarlanıb.
Bildirilib ki, Pelenin son aylar ərzində xərçənglə mübarizə məqsədilə keçirdiyi kimyəvi terapiyalar onun bədənindəki şişlərə heç bir təsir göstərməyib.
Əfsanəvi futbolçuya həmçinin, ürək çatışmazlığı diaqnozu qoyulub.