Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin SİYAHISINDA - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin SİYAHISINDA

İdman A- A A+
Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr üçün ilk reytinq cədvəli açıqlanıb. 
 
Ednews  xəbər verir ki, cədvəldə fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
 
Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb. 
 
Siyahıda yeganə azərbaycanlı olan Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur.
 
“Neftçi”nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci yerdə qərarlaşıb. 
 
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...