Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

İdman A- A A+

Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İsveçrə ilə oyun üçün start heyətində yer almayıb.

Apasport.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı 2008-ci ildən bəri ilk dəfə 11-liyə düşə bilməyib.

O, 2008-ci ildə keçirilmiş Avropa çempionatında meydan sahiblərindən biri olan İsveçrə ilə qrup mərhələsinin son matçında ehtiyatda oturub. Həmin matçadək 1/4 finala vəsiqəni təmin etmiş portuqaliyalılar formal matçda 0:2 hesabı ilə uduzub. Maraqlıdır ki, hər 2 qolu indi İsveçrə millisinin baş məşqçisi olan Murat Yakının qardaşı Hakan Yakın vurmuşdu.

Ümumiyyətlə, Ronaldu indiyədək ardıcıl 31 dünya çempionatı və Avropa çempionatı matçına çıxıb.

Qeyd edək ki, Portuqaliya – İsveçrə oyununun qalibi 1/4 finalda Mərakeşlə oynayacaq.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...