"Ronaldo bizə qarşı oynamasa, sevinərəm" – Reqraqi - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

"Ronaldo bizə qarşı oynamasa, sevinərəm" – Reqraqi

İdman A- A A+

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin 1/4 finalında sabah Portuqaliya ilə keçirəcəkləri matç barədə danışıb. 

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis rəqibin kapitanı Kriştiano Ronaldonun onun komandasına qarşı oynamayacağına ümid etdiyini deyib:

“Ölkəmlə, komandamla və bu mərhələyədək irəliləməyimizlə fəxr edirəm. Biz Mərakeşi, xalqımızı təmsil edirik. Dünya çempionatında ilk dəfə olaraq bir ərəb komandası 1/4 finala yüksəlib. Bizi bütöv bir qitə dəstəkləyir.
Biz bu müsbət enerjini hiss edirik. Çox xoşbəxtik. Bu mərhələdə olmaq böyük şərəfdir. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Ronaldonun oynayıb-oynamayacağını bilmirəm.

Ümid edirəm ki, o, Mərakeşə qarşı oynamaz. Ronaldo tarixin ən yaxşı oyunçularından biridir. Ona görə də oynamasa, sevinərəm. Portuqaliya da turnirin yarımfinalına çıxmaq istəyir. Biz təvazökar və nikbin olmalıyıq”. 

Qeyd edək ki, sabah keçiriləcək Mərakeş - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...