Superliqa komandalarından “Yukatıl Kayserispor”un seçkilərində yeganə namizəd olan keçmiş imam Əli Çamlı yeni prezident olub.
Ednews Türkiyə mediasına istinadla xəbər verir ki, Kadir Has Konqres və Mədəniyyət Mərkəzində keçirilən fövqəladə seçkilərdə “Kayserispor”un 795 milyon türk lirəsi borcu olduğu açıqlanıb.
Daha əvvəl “Kayserispor”un vitse-prezidenti vəzifəsində çalışan Əli Çamlı Super Liqa komandasının yeni prezidenti olub.