“Böyük Qayıdış” futbol çempionatında final oyunu keçirilib.
Ednews xəbər verir ki, Azərbaycan Respublikası Elm və təhsil nazirliyinin Təhsil də inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olan Böyük Qaydış futbol çempionatı layihəsi açlış final oyunları keçirilib.
Beynəlxalq Avarsiya Mətbuat Fondunun dəstəyi ilə çempionatın əvvəlindən 37 komandanın mübarizə apardığı yarışda finala yüksəlmiş Qayıdış 6 N məktəbin komandası ilə UGİŞM futbol komandası mübarizə aparıb. Gərgin keçən final oyununda UGİŞM-nin futbol komandası yarışın qalibi olub.
Final mərhələsində layihə rəhbəri Quliyev Mirdamət İbad oğlu, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzade ,veteran məşqçilər Rəftar İmanov, Asəf Qasımov çıxış ederək futbolçulara öz ürək sözlərini deyiblər.
Finalda qalib gələn komandalara kubok və sertifikatla yanaşı layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri hədiyyə edilib.